“Rəhim Həsənovun əlində imkan olsaydı, 11 futbolçumun 11-nə də qırmızı vərəqə verərdi. Oyunun son 15 dəqiqəsində konkret olaraq qərəzli idarəçiliyə keçdi. Onu Allaha tapşırıram”.
Korner.az-ın Lənkərana ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra qonaqların çalışdırıcısı Böyükağa Hacıyev mətbuat konfransında deyib.
Hacıyev bildirib ki, Rəhim Həsənov heç vaxt “Neftçi”nin oyunlarını ədalətli idarə etməyib. O, yerli azarkeşlərə də ismarıc göndərib: “Biz düşmən xalqın nümayəndəsi deyilik. Naxçıvanda kimsə Toşaka güldən ağır söz desəydi, birinci özüm cavabını verərdim. Biz “Xəzər Lənkəran”a Slavik Alxasovu pulsuz verən klubuq”.
