Futbol

Rəhim Həsənova yeni təyinat

31.05.2019 , 14:20

UEFA Rəhim Həsənova yeni təyinat verib.

AFFA məlumat verir ki 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda, iyunun 5-də Serravalle stadionunda keçiriləcək San Marino – Litva oyununun baş hakimi Rəhim Həsənov olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Son yazılar

Yuxarı