Rəhim Həsənova UEFA-dan təyinat
09.07.2019 , 19:43

FİFA dərəcəli hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,hakim Avroliqanın I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya)-“Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.
Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq.
