Noyabrın 23-də “İnter” – “Neftçi” oyununda bərbad idarəçiliyiylə yadda qalan Rəhim Həsənov bu mövsüm, sözün əsl mənasında, “ağ-qaralar”ın kabusuna çevrilib.
Korner.az-ın məlumatına görə, Həsənov cari mövsümdə 3 dəfə “flaqman”ın oyununa təyinat alıb.
Təyinatlardan ilki 5-ci turda “Bakı”yla səfər oyununa təsadüf edib ki, həmin qarşılaşmada “ağ-qaralar” böyük hesbla (0:3) uduzmuşdular. 8-ci turda da Rəhim “Neftçi”nin oyununda idi. Ancaq “Qarabağ”a qarşı baş tutan həmin görüşdə tərəflər qolsuz heç-heçə etmişdilər. Noyabrın 23-dəki matçı da əlavə etsək, nəticə belədi: Rəhim Həsənov cari mövsümdə 3 dəfə “Neftçi”nin oyununa təyinat alıb və “ağ-qaralar” bu qarşılaşmalardan 2-də uduzub, 1-də heç-heçə edib – bir sözlə, qələbə üzünə həsrət qalıb. Siyahıya hələ bir ay bundan əvvəl keçirilmiş Superkubok (“Neftçi” – “Xəzər Lənkəran” ) görüşünü də əlavə etmək olar…
