Rəhbərlik Zidan üçün yarım milyon avro ayıracaq
19.04.2019 , 12:38

Madridin “Real” klubu növbəti transfer pəncərəsi üçün baş məşqçi Zinəddin Zidana 500 milyon avro ayıracaq.
Bu barədə “Mirror” nəşri məlumat verib. Nəşrin məlumatına görə, Zinəddin Zidanın transfer gündəmində əsas iki futbolçu var. Fransalı çalışdırıcı Pol Poqba və Sadio Manéni yeni mövsümdən “Real”a gətirməyə çalışacaq.
Qeyd edək ki, Zinəddin Zidan bu ilin mart ayında “Real” klubuna baş məşqçi təyin olunub.
