“Beşiktaş” heyətini ulduz futbolçu ilə gücləndirmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda TMW nəşri yazıb.
Rəhbərlik “Milan”ın futbolçusu Mario Balotellini transfer etmək istəyir. Mənbədə deyilir ki, komandanın əsas məqsədi Mario Qomezi İstanbulda saxlamaq olsa da, Balotelli versiyası alternativ deyil.
“Qara qartal” yaxın günlərdə “Milan”la danışıqlara başlayacaq.
