“Hyuston Rokets” oyunçusu Ceyms Hardenlə 2022/23 mövsümünə qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Bu saziş NBA tarixinin ən böyük razılaşmasıdı. Harden 6 il ərzində 228 çilyon dollar qazanacaq.
Təcrübəli basketbolçu sözügedən müqavilə haqda danışıb. Onun sözlərinə görə, Hyuston artıq onun doğma məkanıdı:
“Hyuston artıq mənim evimdi. Rəhbərlik sübut etdi ki, çempionluq uğrunda hər şeyə hazırdılar. Mən də komanda yoldaşlarımla birlikdə var gücümlə əsas titul uğrunda mübarizə aparacam”
