Rəhbərlik baş məşqçisindən razıdır
14.05.2019 , 19:39

Yeni mövsüm Çempionşipdə mübarizə aparacaq “Kardif Siti” klubu baş məşqçisi ilə bağlı önəmli qərar qəbul edib.
Premyer Liqada aşağı liqaya düşən klub rəhbərliyi yeni mövsümdə də baş məşqçi Neil Uornik ilə davam edəcək.
Onlar bu barədə danışıqlardan sonra, qarşılıqlı razılaşma əldə etdilər. Niel Uornikin əsas vəzifəsi yenidən klubu Premier Liqaya yüksəltmək olacaq.
