Rəcəbov yarımfinalda məğlub oldu
13.02.2021 , 12:53

Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin yarımfinalında növbəti görüşlərini keçirib.
Korner.az xəbər verir ki, millimizin üzvü ABŞ təmsilçisi Uesli Sonla qarşılaşıb.
İlk oyun günündə rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün ilk növbədə, 4 qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.
Amma yekunda 2:1 hesabı ilə uduzan Rəcəbov finala çıxmaq şansını əldən verib. O, 3-cü yer uğrunda Maqnus Karlsen (Norveç) – Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
