Rəcəbov FIDE-nin açıqlamasını yalanladı: “Şəxsi səbəblərlə əlaqəli deyil”
06.03.2020 , 15:15

Teymur Rəcəbovun İddiaçılar turnirində iştirak etməyəcəyindən xəbərdarsız. FIDE-nın saytının yaydığı məlumata görə, 32 yaşlı qrossmeyster şəxsi səbəblərə görə turnirdən imtina edib. Ali şahmat qurumu Teymur Rəcəbovu fransalı Maksim Vaşye Laqravla əvəzləyib.
Ancaq Teymur FIDE-nin açıqlamasının həqiqətə uyğun olmadığını söyləyir. O, “Instagram” hesabında şəxsi səbəblərə görə belə qərar vermədiyini yazıb:
“Əzi həmvətənlər, şahmatsevərlər, bütün şahmat camiəsi, həmkarlar və dostlar! Bu, doğru deyil, turnirdən imtina etməyim üçün şəxsi səbəblərim yoxdu. Mən tezliklə bəyanatla, FIDE-yə göndərilən məktublar və onların cavabları ilə tanış olacam”.
Rəcəbov Ötən il dünya kubokunun qalibi olmaqla İddiaçılar turnirində mübarizə aparmq hüququ qazanıb.
