Avropa Liqasının qrup mərhələsinin III turunda sabah “Qəbələ” ilə qarşılaşacaq “Borussiya”nın futbolçusu Yulian Veyql oyunla bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, 20 yaşlı futbolçu “Qəbələ”nin güclü rəqib olduğunu bildirib:
“Biz bütün rəqibləri düzgün qiymətləndirməliyik. Eləcə də, “Qəbələ”ni. Rəqib güclü komandadır. Bu səbəbdən onlara qarşı yaxşı hazırlaşmalıyıq. Əgər “Qəbələ” ilə oyuna ciddi yanaşsaq, əminəm ki, Bakıdan 3 xalla qayıdacağıq”.
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Borussiya” oyunu saat 20:00-da başlayacaq.