Qış fasiləsinə yollanan "Qəbələ" yeni baş məşqçi Roman Qriqorçukun istəyi ilə heyətinə bir neçə oyunçu cəlb edəcək.
Korner.az-ın məlumatına görə, Roman Qriqorçuk sabiq yetirmələrindən 31 yaşlı qapıçı Dmitri Bezotosnı ilə 28 yaşlı yarımmüdafiəçi Kiril Kovalçuku ölkəmizə gətirməkdə maraqlıdır.
Bu səbəbdən Şimal klubunun rəhbərliyi Ukrayna təmsilçisi ilə danışıqlar aparır. Artıq bir neçə futbolçunun keçidinin yaxın günlərdə həll olunacağı bildirilir.