Türkiyədə təlim-məşq toplanışı keçəcək “Qəbələ”nin daha bir rəqibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Yuri Syomin yetirmələrini həmyerliləri ilə oyunda sınayacaq.
Belə ki, “Qəbələ”nin rəqibi “Volqa” olacaq. Təmsilçimiz Vaqif Cavadovun sabiq klubu ilə yanvarın 22-də qarşılaşacaq. “Volqa” Rusiya Premyer Liqasının 19 turunda 18 xal qazanıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Qeyd edə ki, “Qəbələ” Türkiyədə 7 oyun keçirəcək. Yanvarın 16-da “Konyaspor”la üz-üzə gələcək təmsilçimiz 4 gün sonra Qazaxıstan “Spartak”ını sınağa çəkəcək.