Bu gün U-19 Liqasının bir matşı baş tutub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata
görə, 12-ci turdan təxirə salınmış “İnter” “Qəbələ” matçı
“Şəfa” stadionun 4-cü meydançasında baş tutub. Bu qarşılaşma
“bankirlər”in inamlı qələbəsilə başa çatıb- 5:0. “İnter”in
heyətində Bilal Qənbərov və İlkin Sadiqov hərəyə iki qol vurub, digər topu isə
rəqibin qapısından Vüsal Nağıyev keçirib.
Beləliklə, Vadər Nuriyevin yetirmələri ilk iki dövrəni
üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, üçüncü dövrənin ilk turunda “İnter”
“Rəvan”la üz-üz gələcək. Bu görüş ayın 12-də keçiriləcək.