İngiltərə Premyer Liqasında mübarizə aparan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın yayda transfer etmək istədiyi ilk 3 futbolçunun adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, bu haqda "The Sun" xəbər yayıb.
Təcrübəli mütəxəssisin transfer siyahısında ilk sıranı "Midlsbro"nun gənc müdafiəçisi Ben Gibson tutur. İkinci sırada "Sauthempton"un futbolçusu Ryan Bertrand qərarlaşır. 3-cü sırada isə "Sportinq"in (Lissabon") futbolçusu Uilyam Karvalyonun olduğu bildirilir.
Müdafiəni gücləndirməyə çalışan "şəhərlilər"in sözügedən futbolçuların transferi üçün 133 milyon avrosundan keçməyə hazır olduğu iddia edilir.
