“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola növbəti dəfə maraqlı qərarı ilə diqqət mərkəzinə düşüb.
Korner.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis klubun akademiyasında çıxış edən aşağı yaş qrupları üzrə komandaların futbolçularına rəngli buts geyinməyi qadagan edib.
O, futbolçuların diqqətini yalnız oyunlara yönəltməsini istədiyini bildirib.
Qvardiola daha əvvəl futbolçulara klubun bazasında internetdən istifadə və yeməklə bağlı müəyyən qadağalar qoymuşdu.
