"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Yaya Turenin ünvanına xoş sözlər ünvanlayıb.
Korner.az-ın məlumatına görə, "Daily Mirror"a danışan məşqçi Turenin yayda komandadan ayrılmağının tərəfdarıdı.
Təcrübəli mütəxəssis öz futbolçusunun istənilən komandada oynaya biləcəyini deyib:
"Ture güclü xarakterə malik futbolçudu. Top klublarda oynamağa layiqdi. Düşünürəm ki, istənilən komandada oynaya bilər. Nə vaxtsa futbolu sevməyi buraxsa, onda da karyerasını bitirəcək, deyə düşünürəm"
