İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola rəhbərlikdən Almaniyanın “Bavariya” klubunun futbolçusu Josua Kimixin transfer olunmasını tələb edir.
Korner.az-ın məlumatına görə, bu haqda “Daily Mirror” xəbər yayıb.
Ançelottinin “Bavariya”ya gəlişindən sonra heyətə düşməkdə çətinlik çəkən oyunçu da yenidən Pep Qvardiola ilə çalışmaq istəyir.
Xatırladaq ki, 22 yaşlı yarımmüdafiəçi 2014-2015 mövsümünün əvvəlində “Bavariya”ya keçmişdi. O zaman alman klubunun baş məşqçisi Pep Qvardiola idi.
