“Mançester Siti”nin qolkiperi Co Hart tezliklə klubunu dəyişə bilər.
Korner.az-ın məlumatına görə, buna səbəb yeni baş məşqçi Xosep Qvardiolanın gəlişindən sonra onu ehtiyat oyunçular skamyasına göndərməsidir.
Digər tərəfdən, “şəhərlilər” tezliklə “Barselona”nın qapıçısı Klaudio Bravo ilə də anlaşacaq. Xartın Çempionlar Liqasında çıxış edən kluba keçmək istəyində olduğu və bu mənada vəziyyəti diqqətlə izləyən “Sevilya”nın real namizəd olduğu deyilir. Bundan başqa, o, “Liverpul” və ya “Everton” variantlarını da düşünür.
