Qvardiola: “Ronaldonu keçmək lazımdır”
14.03.2019 , 14:21

“Mançester Siti” klubunun ispaniyalı çalışdırıcısı Pep Qvardiola Kriştiano Ronaldo haqqında xoş sözlər deyib.
Çempionlar Liqasında uğur qazanmaq üçün Ronaldonu saxlamağın vacibliyini qeyd edən Pep sözlərinə belə davam edib:
“Yuventus” Çempionlar Liqasında uğur qazanmaq üçün Kriştiano Ronaldonu heyətinə qatdı. “Atletiko” ilə görüşdə üzərində olan təzyiqə baxmayaraq 3 qol vurub, komandasını növbəti mərhələyə çıxardı. Bu adama qarşı çox diqqətli olmalıyıq.”
Qeyd edək ki, 1/4 finalın püşaatma mərasimi martın 15-i keçiriləcək.
