Qvardiola rekordunu yenilədi
08.11.2023 , 21:11

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola rekordunu yeniləyib.
Korner.az xəbər verir ki, bu, “şəhərlilər”in Çempionlar Liqasının qrup mərhələsində “Yanq Boyz”u 3:0 hesabı ilə məğlub etdikləri oyundan qeydə alınıb.
Bu qələbə ilə Qvardiola məğlubiyyətsiz oyun seriyasını 17-yə çatdırıb (12 qələbə, 5 heç-heçə).
