“Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Mata komandasını dəyişməyə hazırlaşır
İspaniyalı futbolçu 3 klubun maraq dairəsindədi.
Belə ki, “Real” və “Valensiya”dan sonra “Mançester Siti” də 29 yaşlı oyunçunu heyətinə cəlb etmək fikrinə düşüb. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola onu digər ispaniyalı David Silvaya layiqli əvəzləyici qismində görür. Ancaq “Mançester Siti” bunun üçün Matanın qarşısına şərt qoyub: hazırkı klubunla müqavilə müddətini uzatma, gələn yay azad agent kimi gəl! Futbolçu həmyerlisinin təklifini müsbət cavablandırsa, “Real”ın transfer planı pozulacaq. Belədə “kral klubu” digər variantları nəzərdən keçirməli olacaq.
Qeyd edək ki, Xuan Mata cari mövsümdə Premyer Liqada keçirdiyi 8 oyunda 1 qola imza atıb.
