Qvardiola “Real”ın futbolçusunu istəyir
27.02.2019 , 18:29

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola növbəti mövsüm üçün hazırlıqlara başlayıb.
İspaniyalı mütəxəssis “Real Madrid” klubunun 29 yaşlı yarımmüdafiəçisi Toni Krosu komandasının heyətinə qatmaq niyyətindədir. “Şəhərlilər”in bu transfer üçün qarşı tərəfə 60 milyon avroluq təklif göndərəcəyi ehtimal edilir.
Qeyd edək ki, Toni Kros bu mövsüm “Real”ın heyətində meydana çıxdığı görüşlərdə 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
