“Mançester Siti” növbəti mövsümə Manuel Pelleqrini ilə başlamaq istəmir.
Korner.az-ın məlumatına görə, İngiltərə mətbuatı Pelleqrininin “Bavariya”nın çalışdırıcısı Xosep Qvardiola ilə əvəzlənə biləcəyini yazıb.
İngiltərə təmsilçisi Qvardiolaya ildə 28 milyon avro ödəməyə hazırdı. “Mançester Siti” rəhbərliyi onunla 5 illik müqavilə bağlamaq niyyətindədi. Bu baş versə, son Almaniya çempionu 5 ilə 140 milyon avro qazanacaq.
Qeyd edək ki, “Bavariya”nın canlı əfsanələrindən olan Stefan Effenberq də geridə qalan günlərdə açıqlamasında 44 yaşlı çalışdırıcının növbəti mövsümdə münhenlilərin “sükanı arxasında” olmayacağını iddia etmişdi.
