“Yarımfinala yaxşı oyunlarımızla gəlmişik. Matçdan sonra paltardəyişmə otağında sakitlik var idi. Oyuna nəzarət etməyə çalışdıq. Birinci hissədə qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik”.
Korner.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Bavariya”nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında “Barselona”ya 0:3 hesabı ilə uduzduqları ilk matçdan sonra deyib:
“Luis Suares bir epizodda qol vura bilərdi, ancaq qapıçımız Noyer buna imkan vermədi. Amma ikinci hissədə “Barselona”nın futbolçularının daha yaxşı oynaması sözünü dedi. 0:3 hesabı oyuna görə deyil. Ancaq daha keçmişə qayıda bilmərik. “Barselona” yaxşı oynadı və boşluqlardan yaxşı istifadə edərək qalib gəldi. Onlara boşluqlar yaratmamalıydıq”.
