“Bavariya”nın baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted” haqda fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, o, mankunyanların alman klubunun futbolçularıyla maraqlanmasının mənasız olduğunu bildirib:
“Onların o qədər pulu yoxdu ki, bizim futbolçuları transfer edə bilsinlər. Bu yay ciddi məbləğlər xərcləyiblər. Dostum Lui van Qalın adına sevinirəm. Bilirəm ki, bu da oyunun bir hissəsidi. Dünyadakı bütün klublar bir-birlərindən futbolçu almağa çalışırlar. Hər şey oyunçuların özlərindən asılıdı.
