Çempionlar Liqasının 1/8 final mərhələsində “Monako” ilə qarşılaşacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola təşkil olunan mətbuat konfransında maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Fransa təmsilçisindən çəkindiyini bildirib:
“Monako”nun mövsüm ərzindəki çıxışını bəyənirəm. Cərimə meydaçasında “qatil” kimidilər. “Monako” Falkao üçün mükəmməl oldu. Geri dönüb çoxlu qola imza vurduğuna görə xoşbəxətəm”.
Xatırladaq ki, “Mançester Siti” – “Monako” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
