"Barselona"nın baş məşqçisi Pep Qvardiola İspaniya "Kral kuboku"nu qazandıqdan sonra maraqlı açıqlamalar verib. Korner.az-ın məlumatına görə, katalonların postunda sonuncu dəfə komandanı meydana çıxardan Pep Messiyə tərif yağdırıb:
"Gördüyüm ən yaxşı oyunçuya baş məşqçilik etmək qürurvericidi. Böyük ehtimalla Messidən daha yaxşısını görə bilmərəm. Messi mənə mübarizə aparmağı öyrətdi. O, olmasa 19 kubokun 14-nü qazana bilməzdik".
