“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola keçmiş futbolçusu Lionel Messini yanına gətirməyinin perspektivlərindən danışıb.
Korner.az-ın məlumatına görə, 42 yaşlı çalışdırıcı nə özünün, nə də Münhen klubunun belə bir fikrinin olduğunu deyib.
“Uli Hönnes (“Bavariya”nın prezidenti) heç vaxt Messiylə müqavilə bağlamağa cəhd göstərməz. “Bavariya”nın iş prinsipinə ziddi belə şeylər. Üstəlik, Messi “Barselona”da xoşbəxtdi”, – deyə Qvardiola bildirib.
