Qvardiola: “Mançester Siti” ilə digər klubları müqayisə etmirəm”
11.03.2019 , 19:13

“Mançester Siti” klubunun çalışdırıcısı Pep Qvardiola Çempionlar Liqasında “Şalke” ilə oynanılacaq oyun öncəsi açıqlamalar verib.
Gənc klub olduqlarını vurğulayan ispaniyalı baş məşqçi eyni zamanda müqayisə olunmaqlarını da pisləyib.
“Gənc və prespektivli futbolçulara malik klubumuz var. Digər klublarla müqayisə olunmağı istəmirəm. “Mançester Siti” klubunun tarixi zəngin deyil, amma bunu problem etmirəm. Biz mübarizə aparmağa davam edəcəyik.”
Qeyd edək ki, Pep Qvardiolanın “Yuventus”a keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, bu təkzib edilib.
