PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin agenti Mino Rayola “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola ilə bağlı xoşagəlməz ifadələr işlədib.
Korner.az-ın məlumatına görə, o, Zlatanı “Barselona”ya məhz Qvardiolanın dəvət etdiyini, lakin sonradan onunla pis rəftar etdiyini söyləyib.
“İbranın “Barsa”ya transferi Qvardiolanın təşəbbüsü idi. Ancaq sonradan Zlatanla münasibətləri pisləşdirdi. O, məşqçi kimi gözəl, insan kimi isə nəcisdir”, – deyə Rayola bildirib.
