“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Kubokunun IV mərhələsində “Mançester Yunayted”ə qarşı keçirdiyi oyundan sonra (0:1) jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, BBC-yə danışan təcrübəli mütəxəssis komandası ilə fəxr etdiyi bildirib:
“Cavan futbolçularımla və onların göstərdiyi oyunla fəxr edirəm. Bu səviyyədə son ötürmədə daha qətiyyətli olmaq tələb olunur. “Mançester Yunayted”ə qarşı bizim üçün mübarizə aparmaq çətin oldu. Qalib gəlmək istəyirdik və bunun üçün çalışdıq. Ancaq indi növbəti oyunlar barədə düşünmək lazımdı”
Daha sonra Qvardiola jurnalistin Kompanini əvəzlənməsinin səbəbini aydınlaşdıracaq sualına belə cavab verib:
“Kompani? Onu əvəz etməyimin səbəbi özüdü. Mənə oynaya bilməyəcəyini dedi”
