Qvardiola ilin ən yaxşı məşqçisi seçildi
20.01.2024 , 10:35

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Globe Soccer” mükafatına layiq görülüb.
Korner.az xəbər verir ki, o, 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.
Qvardioladan başqa namizədlər arasında Karlo Ançelotti (“Real” Madrid), Mikel Arteta (“Arsenal”), Simone İnzaqi (“İnter”), Marsel Koller (“Əl-Əhli” Qahirə), Lionel Skaloni (Argentina millisi), Luçano Spalletti (İtaliya millisi) və Xavi (“Barselona”) var idi.
