İngiltərənin yığmasının əfsanəvi futbolçusu Maykl Ouen sabiq komandası “Mançester Yunayted”lə bağlı maraqlı fikir səsləndirib.
Korner.az-ın xarici mətbuata istinadən məlumatına görə, sabiq forvard Joze Mourinyonun “mankunianlar”ı çalışdıracağına şübhə etmir.
O, Xosep Qvardiolanın “Mançester Siti” ilə anlaşmasının portuqaliyalını bu seçimə məcbur edəcəyini düşünür: “Bir neçə ay əvvəl Mourinyonun “Mançester Yunayted”i çalışdıracağına inanmırdım. Ancaq indi bu, çox realdı. Qvardiolanın “Mançester Siti”yə keçməsi Mourinyoda qıcıq yarada bilər. Üstəlik, fikrimcə, ispaniyalı ilə yalnız Joze mübarizə apara və ayaqlaşa bilər. Bu, əla duel olar. Lui van Qalın qalması isə çempionatı cansıxıcı hala salar”.
Joze Mourinyonun gələn mövsümdən “Mançester Yunayted”in “sükanı arxası”na keçməsi gözlənilir.
