İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın fikrincə, dünyanın ən yaxşı məşqçisi Marselo Byelsadı.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis:
“Ona olan heyranlığım çox böyükdü. Byelsa futbolçuları daha yaxşı səviyyəyə yüksəldir”.
İspan məşqçi Byelsanın futbolçuları ilə olan münasibətindən də danışıb: “Byelsa ilə çalışmış futbolçuların heç biri onun haqqında pis fikir səsləndirməyib. Hər kəs ona minnətdardı”.
Qvardiola təcrübəli mütəxəssisdən çox şey öyrəndiyini deyib: “İndiyə qədər tövsiyələri ilə mənə çox kömək edib. Hər söhbətimizdə daha çox şey öyrənirəm”.
Xatırladaq ki, Marselo Byelsa gələn mövsümdən Fransanın “Lill” komandasını çalışdıracaq.
