Qvardiola: “Hər 3 kubok üçün iddialıyıq, amma…”
03.04.2019 , 16:30

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında “Kardiff Siti” ilə keçiriləcək oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Mövsümün sonuna yaxınlaşdıqca daha da ciddi olmaq lazım olduğunu deyən ispaniyalı mütəxəssis ehtiyatlı danışıb.
“Qarşımızda çox çətin oyunlar var və biz hər 3 turnirdə mübarizə aparırıq. 1 həftə içində çox şeylər dəyişə bilər. Biz qazanmaq üçün döyüşəcəyik.”
Qeyd edək ki, “Mançester Siti” bu gün İngiltərə Premyer Liqasında doğma meydanda “Kardiff Siti” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
