2013-2014-cü il mövsümündən Almaniyanın “Bavariya” komandasına rəhbərlik edəcək Xosep Qvardiola dünyanın ən yüksək ödənişli baş məşqçisi olacaq.
Korner.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis 17 milyon avro qazanacaq.
Hazırda bu göstəricidə İspaniya “Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo liderdir. Onun qazancı 15,3 milyon avrodur. 3-cü yerdə isə PSJ-ın baş məşqçisi Karlo Ançelottidir. Onun qazancı isə13.5 milyon avrodur.
