“Bavariya”nın futbolçusu Frank Riberi keçmiş baş məşqçisi Xosep Qvardiolanın ünvanına xoşagəlməz sözlər işlədib.
Korner.az-ın məlumatına görə, 32 yaşlı fransalı yarımmüdafiəçi ispaniyalı mütəxəssisin Münhen klubundan gedişindən təəssüflənmir.
O, cari mövsümdən “Mançester Siti”yə rəhbərlik edən sabiq çalışdırıcısını tənqid edib:
“Qvardiola gənc məşqçidir, ona təcrübə çatmır. Bəzən həddən çox çərənləyirdi. Futbol qat-qat sadədir. Çempionlar Liqasının yarımfinalında səhv etmək olmaz. Tomas Müller ehtiyatda qaldı. Zədəsini sağaldan Jerom Boatenq oyunu tribinadan izləyərək əziyyət çəkirdi. “Bavariya”ya Hitsfeld, Haynkes, Ançelotti kimi insanlar lazımdır”.
