Qvardiola: “Bunu kubok saymırlar”
09.04.2019 , 13:03

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola “Tottenhem” ilə oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Vaxtın azlığından şikayət edən ispaniyalı məşqçi uğur qazanmaq üçün çalışdıqlarını sözlərinə əlavə edib.
“Tottenhem” bu oyundan öncə 6 gün istirahət etdi. Bizim isə sadəcə 2 gün vaxtımız oldu. “Tottenhem” sadəcə Hari Keyndən ibarət deyil. Bu hərtərəfli güclü komandadır. İngiltərə Superkubokunu qazandıq gözəl kubok idi ancaq bu ölkədə heç kim onu titul kimi saymır.”
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək “Tottenhem” – “Mançester Siti” görüşü Bakı vaxtı saat 23:00-da start götürəcək.
