"Barselona"nın baş məşqçisi Xosep Qvardiola Avropanın 6 nəhəng klubundan təklif alıb. Korner.az-ın məlumatına görə, bu barədə Pep özü danışıb. O, “France Football”a açıqlamasında təklifləri təsdiqləyərək bunlarla maraqlanmadığını bildirib:
“Mən heç kiminlə danışıq aparmamışam. Nə özüm, nə də nümayəndələrim. Bilirəm ki, 6 böyük klub məni baş məşqçi postunda görmək istəyir. Lakin indi bunlar mənə maraqlı deyil”.
Qvardiola 2013-cü ilin fevral-mart aylarından tez fəaliyyətini bərpa etmək barədə düşünməyəcəyini də əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Almaniya “Bavariya”sının Xosep Qvardiola ilə maraqlandığına dair xəbərlər yayılıb. Eyni zamanda İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviçin də Qvardiolaya maraq göstərdiyi bildirilir.
