Qvardiola: “Bu, faciə ola bilər”
05.04.2019 , 14:00

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola klubun Premyer Liqadakı vəziyyəti ilə bağlı danışıb.
İspaniyalı çalışdırıcısı çempionatın axırına yaxın xal itkisinin onlar üçün faciə ola biləcəyini deyib.
“Çox çətin və eyni zaman da məsuliyyətli bir mövsüm keçiririk. Bundan sonrakı oyunlarda xal itkisi yaşamamalıyıq. Əks halda bu dözülməz olar”
Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqada “Liverpul” ilə birlikdə çempionluq yarışında iştirak edir.
