İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın qapıçısı Klaudio Bravo haqda maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:
“Klaudio haqda fikrim eynidi. O, dünyanın ən güclü qapıçılarından biridi. Karyerasına baxsanız, bunu görə bilərsiniz. Ən üst səviyyəli qapıçıların arasında yer alır. Buna şübhəm yoxdu”.
Xatırladaq ki, çilili qapıçı mövsümün əvvəli “Barselona”dan “Mançester Siti”yə transfer olunmuşdu.
