Qvardiola “Bayer”ə uduzduqları matçı şərh etdi
26.11.2025 , 18:06
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 5-ci turunda “Bayer”ə 0:2 hesabı ilə uduzduqları matç barədə danışıb.
Korner.az xəbər verir ki, mütəxəssis nəticəni belə şərh edib:
“Gözlədiyimiz oyun alınmadı. Bəlkə də bütün məsuliyyəti öz üzərimə götürməliyəm. Start heyətimizdəki oyunçuların performansından razıyam, lakin çoxlu şansları əldən verdik. ‘Bayer’in oyunçuları yaxşı oynadı, amma biz də mübarizə apardıq”.