Yayda “Mançester Siti”nin baş məşqiçi postuna keçəcək Xosep Qvardiola transfer etmək istədiyi ilk futbolçuların adını rəhbərliyə təqdim edib.
Korner.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis sabiq komandası “Barselona”nın 2 oyunçusuna “elçi düşüb”.
İngiltərə mətbuatının yazdığına görə, “şəhərlilər” Neymar və Serxio Busqets üçün 180 milyon avrolarından keçməyə hazırdılar. İngilislərin İspaniya nəhənginin rəhbərləriyi ilə danışıqlara başladığı bildirilib.
