Qvardiola Adam Uortonu Rodrinin yerinə “Mançester Siti”yə gətirmək niyyətindədir
17.10.2025 , 21:17
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ispaniyalı yarımmüdafiəçi Rodrinin əvəzinə “Kristal Pelas”ın 21 yaşlı oyunçusu Adam Uortonu heyətə qatmaq istəyir.
Korner.az xəbər verir ki, məlumat “Fichajes” tərəfindən yayımlanıb. Qvardiola Uortonu ideal əvəzləyici hesab edir və onun Rodrinin rolunu uğurla yerinə yetirəcəyinə inanır.
Buna baxmayaraq, “Mançester Yunayted” də Uortonu transfer etməkdə maraqlıdır və gənc futbolçu üçün ciddi rəqabət yaradır.
Qeyd edək ki, Adam Uorton 2025/26 mövsümündə bütün turnirlərdə 10 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib.