“Bavariya”nın baş məşqçisi Pep Qvardiola “Mançester Siti”ni çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu iddiaları təkzib edib:
“Bavariya” ilə daha bir illik müqaviləm var. Müqaviləmin müddəti başa çatana kimi “Bavariya”dayam”.
Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə razılığa gəldiyi və ilkin müqavilə imzaladığı iddia edilirdi.
