Meksikanın “Televisa” teleşirkəti İspaniyanın “Barselona” komandasının sabiq baş məşqçisi Xosep Qvardiola və “Real” komandasının baş məşqçisi Joze Mourinyoya 1,5 milyon dollar müqabilində bu il keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarını şərh etməyi təklif edib.
Korner.az-ın “El Confidencial” nəşrinə istinadən verdiyi məlumata görə, Xosep Qvardiola artıq bu təklifdən imtina edib, Joze Maurinyo isə razılıq verməyə meyllidir.
Xosep Qvardiola etiraz etməsini futbolla bağlı artıq dincəlməyə ehtiyacı olması ilə əsaslandırıb. Onun sözlərinə görə, “Barselona” komandasına rəhbərlik etdiyi 4 il ərzində hər dəqiqə keçmiş və gələcək oyunlar barədə düşünüb və çox yorulub.
