İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti”nin baş məşqçisi baş Pep Qvardiola gələcəyi haqda danışıb.
Korner.az-ın məlumatına görə, ispan mütəxəssis çempion olmayacaqları təqdirdə komandada uzun müddət qalmayacağını bildirib:
“Məşqçi olmaq nəticələrə bağlı olmaqdı. Ancaq mən həmişə daha dərin düşündüm. Nəticələr klubun oyununa bağlıdı. Mən düşünməliyəm ki, komanda hər gün daha yaxşı oynayır. Əgər çempion olmasaq, deməli, uğurlu mövsüm keçirməmişik. Bunu avqust ayında da bilirdim”.
Xatırladaq ki, “Mançester Siti” hal-hazırda Premyer Liqada 56 xalla 3-cü sıradadır.
