Dünya Futbolu

Quti “Beşiktaş”dan gedir

16.05.2019 , 10:25

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin köməkçisi Quti klubdan ayrıla bilər.

Belə ki, Türkiyə mətbuatı bu barədə xəbər yayıb. Xəbərdə Qutinin yeni mövsümdə “qara qartallar”da baş məşqçi təyin olunmadığı təqdirdə ayrılacağı bildirilib.

Şenol Günəş mövsümün sonunda “Beşiktaş”dan ayrılacaq. O, bir müddət əvvəl Türkiyə milli komandasına baş məşqçi təyin olunmuşdu.

Qeyd edək ki, Quti Hernandez 2018-ci ilin yayından “Beşiktaş”da çalışır.

Son yazılar

Yuxarı