Bir vaxtlar "Beşiktaş"ın şərəfini qorumuş Quti Hernandez sabiq komandasında çalışmaq istədiyini bildirib.
Korner.az-ın məlumatına görə, "qara-qartallardan" ayrıldıqdan sonra heç bir klubla razılığa gələ bilməyən ispaniyalının "tvitter" sosiyal şəbəkəsində yazdıqları "ağ-qaralı" azarkeşləri həyəcanlandırıb.. O, öz hesabında: "İstanbulu çox sevirəm. "Beşiktaş"da çalışmaq istəyirəm. Düşünürəm ki, 2 ildən sonra ora gələcəm və yerləşəcəm". – ifadələrinə yer verib.
